21:31 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232

Ekspert: ““Dostluq” yatağı Azərbaycan üçün əlavə gəlir mənbəyini təmin etmiş olacaq”

RADİO
Qısa URL
34 0 0

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, Azərbaycan və Türkmənistanın “Dostluq” yatağını birgə işləməklə bağlı razılaşması bu istiqamətdəki narazılıqların həll edilən sferaya daxil olduğunu göstərən əsas faktordur

Rəşad Həsənov: “Bu məsələdə tək qərarverici tərəf Azərbaycan deyil”

Azərbaycan və Türkmənistan Xəzər dənizindəki "Dostluq" yatağı üzrə müqavilə layihəsi hazırlayır.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, bu uzunmüddətli bir problem idi: “Azərbaycan və Türkmənistanın “Dostluq” yatağını birgə işləməklə bağlı razılaşması bu istiqamətdəki narazılıqların həll edilən sferaya daxil olduğunu göstərən əsas faktordur. Anlaşılmazlıqlar iqtisadi sahədəki əməkdaşlığa da mənfi təsirini göstərirdi. Bu razılığın əldə olunması iqtisadi və siyasi münasibətlərin güclənməsinə, inkişafına gətirib çıxaracaq. “Dostluq” yatağının işə salınması Azərbaycan üçün hazırkı dövrdə əlavə gəlir mənbəyini təmin etmiş olacaq. “Lukoil"in də bu prosesə cəlb edilməsi narahatlıqların qarşısının alınmasına səbəb olacaq. Nəzərə alınmalıdır ki, bu məsələdə tək qərarverici tərəf Azərbaycan deyil”.

Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular