Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vüsal Qasımlı: “Aşağı hədlərdə xarici borcun olması manata təzyiq imkanı vermir”

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı  - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Abunə olmaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyir ki, neftin qiymətlərinin son iki ildə ən yüksək həddə çataraq 70 dolları ötməsi Azərbaycanın gəlirlərini artırır
Vüsal Qasımlı: “Dünya iqtisadiyyatında borc problemi və inflyasiya kimi narahatlıqlar var”

“Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında bərpa prosesi sürətlənsə də, borc problemi, maliyyə bazarlarında dalğalanmalar və inflyasiya kimi narahatlıqlar var: “Azərbaycanın ixracında enerji və ərzaq məhsulları üstünlük təşkil etdiyindən, bu məhsulların qiymətinin bahalaşması ixrac gəlirlərini artırır. Hesablamalar göstərir ki, Azərbaycanda ixrac məhsulları, idxal məhsularına nisbətən daha çox bahalaşıb ki, bu da cari əməliyyatlar hesabına müsbət təsir göstərir. Bu həm də manatın real effektiv məzənnəsinin yüksəlməsinə təsir deməkdir. Azərbaycanda dövlət və özəl sektorun, habelə bank sektorunun aşağı hədlərdə xarici borcunun olması da manata təzyiq imkanı vermir. Neftin qiymətlərinin son iki ildə ən yüksək həddə çataraq 70 dolları ötməsi Azərbaycanın gəlirlərini də artırır”.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0