Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avtomobil almaq istəyən şəxslərin qarşısında bu iki problem dayanır – ekspert açıqlayır

© Photo : ARBAvtonəqliyyat üzrə ekspert Eldəniz Cəfərov
Avtonəqliyyat üzrə ekspert Eldəniz Cəfərov - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Abunə olmaq
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bizim alıcılar da mühərrik həcmi 1500 kub santimetr olan maşınların gətirilməsində maraqlıdırlar
Eldəniz Cəfərov: “Belə avtomobillərin ölkəyə gətirilməsi daha ucuz başa gəlir”

“Bu gün Azərbaycan avtomobil bazarında mühərrik həcmi kiçik, qənaətcil nəqliyyat vasitələrinə tələb artıb”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

Ekspert bildirib ki, pandemiya dövrü başlayandan bu proses gedir: “Bu gün ABŞ avtomobil bazarında ikinci əl avtomobillər ucuzlaşıb. Bizim alıcılar da mühərrik həcmi 1500 kub santimetr olan maşınların gətirilməsində maraqlıdırlar. Deməzdim ki, kiçik həcmli mühərriklərə malik avtomobillərə maraq təkcə benzin qiymətləri ilə əlaqədardır, amma az da olsa, bunun da təsiri var. Vətəndaşlar həm də daha ekoloji təmiz avtomobillərə üstünlük verirlər. Digər tərəfdən belə avtomobillərin ölkəyə gətirilməsi daha ucuz başa gəlir. Əgər gömrük rüsumları yüksək olmasaydı, vətəndaşlarımız mühərrik həcmləri daha böyük olan avtomobillərin alışında maraqlı olardılar”.

Eldəniz Cəfərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0