09:28 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9881
  • RUB0.0235

Ekspert: “Distant təhsilin tətbiq edilməsi üçün uyğun metodologiyalar hazırlanmalıdır”

RADİO
Qısa URL
178 0 0

Təhsil eksperti Nadir İsrafilov deyir ki, dövlətimiz və müvafiq qurumlar pandmeiya dövründə təhsilin davamlılığını təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etdi

Nadir İsrafilov: “Bu cür təhsil forması daha çox ali təhsil üçün xarakterikdir”

“Təhsilimiz yeni çağırışlara hazır olmalıdır. Biz bunu pandemiya dövründə daha yaxşı anladıq”. Bunu Sputnik Azərbaycan Multimediya Mətbuat Mərkəzində keçirilən tədbirdə təhsil eksperti Nadir İsrafilov deyib.

Ekspert bildirib ki, artıq pandemiyanın yaratdığı çətinlikləri görən beynəlxalq təşşkilatlarda növbəti belə halların yaşanacağı təqdirdə onun qarşısını almaq üçün yeni metodlar hazırlayırlar: “Bununla bağlı Azərbaycanda da işlər aparılır. Pandemiya dövründə onlayn təhsilin işə salınması cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Əlbəttə onlayn təhsil tədrisin keyfiyyətinə də təsirsiz ötüşmür. Müqayisəli yanaşsaq, pandemiya öz təsirini bütün sahələrdə göstərdi. Bu baxımdan bu məsələyə yanaşmada keyfiyyət amilini qabartmaq doğru olmazdı.  Dövlətimiz və müvafiq qurumlar pandemiya dövründə təhsilin davamlılığını təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etdi. Biz də qəbul edirik ki, onlayn təhsil ənənəvi təhsilin yerini verə bilməz. Bu cür təhsil forması daha çox ali təhsil üçün xarakterikdir. Orta təhsildə bunun tətbiq edilməsi üçün uyğun metodologiyaların hazırlanması zəruridir”.

Ekspertin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular