21:06 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232

Ermənistan seçkiləri regiona nə vəd edir? – politoloq şərhi

RADİO
Qısa URL
29 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, Paşinyan üçtərəfli sazişdən irəli gələn məsələlərin həll edilməsinə cavabdehdir

İlqar Vəlizadə: “Bizim istəyimiz odur ki, bütün kommunikasiyalar açılsın”

“Paşinyanın partiyasının parlament seçkilərində qələbə qazanması göstərir ki, erməni xalqı keçmiş Qarabağ klanı liderlərinə etimad etmir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, artıq Qarabağ klanının üzvləri legitim yolla hakimiyyətə gələ bilməz: “Seçkilər bunu bir daha göstərdi. Paşinyan qalib gəlməsi region üçün də perpektivlər açır. Paşinyanın imzası ötən il imzalanmış üçtərəfli bəyanatda əks olunub. Bu baxımdan o sazişdən irəli gələn məsələlərin həll edilməsinə cavabdehdir. Ümid edirik ki, Paşinyan və komandası götürdüyü öhdəlikləri dərk edəcək. Bizim istəyimiz odur ki, regionda bütün kommunikasiyalar açılsın”.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda 25 siyasi gücün iştirakı ilə növbədənkənar parlament seçkiləri keçirilib. İlkin açıqlanan nəticələr Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Razılaşması” Partiyasının böyük fərqlə seçkilərdə qalib gəldiyini göstərir.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular