02:55 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231

Azərbaycandan çıxarılan kapital nə üçün istifadə edilir? – ekspert şərhi

RADİO
Qısa URL
32 0 0

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, azərbaycanlıların kapitalı son illər Gürcüstanda və Türkiyədə daha çox daşınan və daşınmaz əmlaka yatırması trendə çevrilib

Natiq Cəfərli: “Bununla bağlı məlumat əldə etmək bir qədər çətindir”

Bu ilin ilk 3 ayında Azərbaycandan 1 milyard 277,9 milyon dollar məbləğində kapital çıxarılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunub. Ötən ilin ilk rübündə Azərbaycandan 990 milyon dollar məbləğində kapital çıxarılıb. Nəticədə cari ilin ilk rübündə Azərbaycandan kapitalın çıxarılması 29,1% artıb. 2020-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2019-cu illə müqayisədə 38,8% artaraq 4 milyard 472,2 milyon dollar təşkil edib.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, kapitalın çıxarılması istiqamətləri ilə bağlı məlumat əldə etmək bir qədər çətindir: “Statistik məlumatlara istinad etdikdə görürük ki, azərbaycanlıların kapitalı son illər Gürcüstanda və Türkiyədə daha çox daşınan və daşınmaz əmlaka yatırması trendə çevrilib. Ölkəmizdə fürsətlərin dar olması vətəndaşların kapitalı çıxarıb başqa ölkələrdə yatırım etməsinə gətirib çıxarır. Azərbaycan daşınmaz əmlak bazarının dividentlərinin aşağı olması vətəndaşları kapitalının çıxarıb daha gəlirli və dividentli ölkələrdə yerləşdirməsinə gətirib çıxarır”.

Natiq Cəfərlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular