23:09 21 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233

Ekspert mənzil bazarında qiymət artımlarının səbəblərini açıqlayır

RADİO
Qısa URL
30

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, istehlak qiymətlərindəki artım tikintidə maya dəyərinin bahalaşmasına gətirib çıxarır

Ramil Osmanlı: “Son bir ildə Azərbaycan əmlak bazarında qiymət artımı müşahidə edilib”

Mənzil qiymətlərinin artım sürətinə görə ölkələr arasında Türkiyə birinci yerdədir. 2020-ci ilin birinci rübünün sonundan cari ilin birinci rübünün sonunadək dünyanın 56 ölkə və bölgəsindəki mənzil qiymətlərilə bağlı “Knight Frank” beynəlxalq məsləhət mərkəzinin bu gün açıqladığı hesabatına görə, qonşu ölkədə 32 faizlik bahalaşma qeydə alınıb.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a deyir ki, istər dünya, istərsə də Azərbaycan bazarında qiymət artımlarının müxtəlif səbəbləri var: “Bura makro iqtisadi göstəricilərin, eyni zamanda əhali artımını aid edə bilərik. Həmçinin istehlak qiymətlərindəki artım tikintidə maya dəyərinin bahalaşmasına gətirib çıxarır. Tikintidə maya dəyərinin artımı da qiymət artımını şərtləndirən amillərdən biridir. Bu proses inkişaf etmiş ölkələrdə nisbətən sabitdir. Azərbaycanda da son bir ildə əmlak bazarında qiymət artımı müşahidə edilib. İlkin mənzil bazarında bu artımın səviyyəsi on faizdən yüksəkdir”.

Ramil Osmanlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular