“MEDİA yarandığı gündən bu yana çox gərgin iş şəraitində fəaliyyət göstərir. Həm “Media haqqında” qanunun hazırlanması istiqamətində, həm də yeni müsabiqə şərtlərinin formalaşdırılması ilə bağlı işlər aparılır. Bu çox çətin işdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid agentliyin elan etdiyi müsabiqələrlə bağlı fikirlərini bölüşərkən deyib.
“Artıq hər kəsə bəllidir ki, media klassik formadan yeni formaya keçir. Yeni informasiya ötürücülərinin yaranması və onlarla işləmək çox çətindir. Bu baxımdan hesab edirəm ki, agentliyin onlayn media resursları üçün elan etdiyi müsabiqə şərtlərini məqbul hesab etmək olar. Bilirik ki, çap mediası qəzetlər getdikcə tarixə qovuşur. Ona görə də keçid dövründə agentliyin media ilə bağlı elan etdiyi müsabiqə şərtlərini yüksək qiymətləndirirəm” - deyə o bildirib.
Rəşad Məcidin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz