İyunun 2-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Hər iki tərəf bu əməkdaşlığa böyük əhəmiyyət verdiklərini açıqlayıblar.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, son günlər Avropadan Azərbaycana edilən zənglərin Paşinyanın Brüsselə olan son səfəri ilə əlaqədar olduğunu düşünür: “Qərb qurumları Ermənistanla dialoqa Azərbaycanın mövqeyini bilmək istəyir. Paşinyanın son səfərləri və bəyanatları vəziyyəti gərginləşdirən haldır. Mişelin Azərbaycan Respublikasının Prezidentinə zəngi ölkəmizə olan münasibətin testidir. Azərbaycanın prizmasından baxdıqda hər şey müsbətdir”.
Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz