CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Danışır uşaqlar! – Atatürkün şəkillərini sevirəm, top oğlanlar üçündür, villa alacam

© Sputnik / Murad OrujovUşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Sputnik Azərbaycan redaksiyasında tədbir
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Sputnik Azərbaycan redaksiyasında tədbir - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Abunə olmaq
Koronavirus haqqında məlumatlı olan balacalar maska taxmağı, spirtlənməyi, əllərini yumağı vacib hesab edir
“Qardaşımın ağlaması xoşuma gəlmir”

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin qonaqları uşaqlar olub. Balaca mələklər onlar üçün olan bu özəl gün haqqında uşaqlıq səmiyyətləri ilə Sputnik Azərbaycan-a danışıblar.

Uşaqlar onlara verilən suallara cavab veriblər. Cahid İsgəndərzadə deyib ki, qardaşının ağlaması onun heç xoşuna gəlmir: “Mənim balaca qardaşım var. O çoxlu yeyir və yatır. Oyananda isə ağlamağa başlayır. Bunu xoşlamıram. Atatürk haqqında kitabların şəkillərinə baxmağı sevdiyini bildirən Cahid dəcəllik edərkən anasının onu danladığını bildirib”.

İnci və Səma İmanzadə bacıları da arzularından danışıb. Səma deyib ki, o böyüyəndə müəllim olmaq istəyir. O, riyaziyyatı ingilis dilində öyrətmək istəyir. Səma deyir ki, topla oynasa da o oğlanlar üçün olduğuna görə topla oynamağı çox da sevmir. Bacısı İnci isə böyüyüb institutu bitirməyi və villa almağı arzulayır. İnci həm də deyib ki, anası çox yemək yediyi üçün onu danlayır.

Uşaqların fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0