Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan çempionu hansı komanda olacaq – idman şərhçisi danışır

© © Facebook / Sanan ShafizadeSənan Şəfizadə
Sənan Şəfizadə - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, “Neftçi” son illər çempionluğa həsrət qaldığı üçün maksimum mübarizə aparacaq
Sənan Şəfizadə: ““Neftçi”nin itirəcəyi bir şey yoxdur”

““Neftçi”-“Qarabağ” matçında aşkar favorit yoxdur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında idman şərhçisi Sənan Şəfizadə XXVIII turun qızıl oyununu şərh edərkən deyib.

Onun sözlərinə görə, bu oyunda hər iki konadanın şasnları demək olar ki, bərabərdir: “Sözsüz ki, “Neftçi” bu oyuna daha rahat çıxa bilər. Çünki “Neftçi”nin itirəcəyi bir şey yoxdur. Komanda ən azından ikinci yeri təmin edib. Amma komanda son illər həsrət qaldığı çempionluğu qazanmaq üçün maksimum mübarizə aparacaq. İllərdir qoruduğu çempionluq titulunu qorumaq “Qarabağ” üçün təzyiq olacaq. Fikrimcə, hər iki komanda görüşə xüsusi hazırlaşacaq. Aşkar favorit olmadığı üçün oyunla bağlı proqnoz vermək çətindir”.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı bu gün  saat 20:30-da başlayacaq. Hazırda Ağdam təmsilçisi 54 xalla birinci yerdədir. “Ağ-qaralar” rəqibindən bir xal az toplayıb.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0