SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Vaksinlər üçün BMT tərəfindən nəzarət mexanizmi tətbiq edilə bilər”

© Sputnik / Murad OrujovPolitoloq Zaur Məmmədov
Politoloq Zaur Məmmədov - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, ölkələrə ya vaksin çatmayıb, ya da onların vaksin almaq üçün imkanları yoxdur
Zaur Məmmədov: “Anqlo-sakson ölkələri dünyadakı vaksinlərin böyük bir qismini alıblar”

““Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib”. Bunu  BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasında Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxışı zamanı deyib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əliyev tərəfindən müxtəlif beynəlxalq toplantılarda vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı çıxışlar olub: “Biz görürük ki, anqlo-sakson ölkələri, böyük səkkizlik dünyadakı vaksinlərin böyük bir qismini alıblar. Yerdə qalan ölkələrə isə ya vaksin çatmayıb, ya da onların vaksin almaq üçün imkanları yoxdur. Düşünürəm ki, qlobal pandemiya şəraitində vaksinlərin ədalətli bölüşdürülməsi üçün BMT tərəfindən müvafiq nəzarət mexanizmi tətbiq edilə bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0