Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor: “Türkiyə-ABŞ strateji tərəfdaşlığının davam edəcəyi sual altındadır”

© Photo : Courtesy of Elnur Sadygovİqtisadçı, professor Elnur Sadıqov
İqtisadçı, professor Elnur Sadıqov - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, Türkiyə ABŞ-ın beynəlxalq turizm əlaqələrində əsas partnyora çevrilmişdi.
Elnur Sadıqov: “Bu məsələ iqtisadi münasibətlərin korlanmasına gətirib çıxaracaq”

ABŞ Prezidenti Co Bayden 1915-c il hadisələri ilə bağlı çıxışında XX əsrin əvvəllərində Osmanlıda baş verən hadisələri “soyqırım” adlandırıb. Bəs bu fikirlər ABŞ-Türkiyə iqtisadi münasibətlərinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyib ki, belə bir açıqlamanın verilməsinin iki ölkə arasındakı iqtisadi münasibətlərə mənfi təsir edəcəyi ehtimal edilir: “Türkiyə və ABŞ arasında idxal-ixrac əməliyyatları yüksəkdir. ABŞ Türkiyənin ixrac əməliyyatlarında beşinci, idxal əməliyyatlarında isə dördüncü yerdə dayanır. Bu, iqtisadi münasibətlərin korlanmasına gətirib çıxaracaq. Türkiyə ABŞ-ın həm iqtisadi, həm də hərbi-siyasi tərəfdaşıdır. Eyni zamanda Türkiyə ABŞ-ın beynəlxalq turizm əlaqələrində əsas partnyora çevrilmişdi. Bundan sonra münasibətlərin qaldığı yerdən davam edəcəyi sual altındadır”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0