Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “İpoteka kreditlərində faiz dərəcələrinin azalacağına inamım yoxdur”

© Sputnik / Murad OrujovПредседатель Союза риелторов Азербайджана Эльнур Азадов
Председатель Союза риелторов Азербайджана Эльнур Азадов - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Abunə olmaq
Azərbaycanın Rieltorlar Birliyinin sədri Elnur Azadov deyir ki, ipoteka kreditləşməsinin belə sürətlə artmasının konkret səbəbləri var
Elnur Azadov: “Fondun faiz dərəcələri dövlətin siyasətini əks etdirir”

Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 97,5 milyon manat ipoteka krediti verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,9 % çoxdur.

Azərbaycanın Rieltorlar Birliyinin sədri Elnur Azadov Sputnik Azərbaycan-a deyir ki, ipoteka kreditləşməsinin belə sürətlə artmasının konkret səbəbləri var: “Keçən ilin sonu bu ilin əvvəlindən ipoteka kreditləri ilə bağlı yeni qaydalar qüvvəyə mindi. Bura mənzilin kirayə yolu ilə alışı və sonra özəlləşdirmə proqramı da aiddir. Həmin ərəfədə alış və satışın bu qaydalarla aparılması builki göstəricilərdə də özünü göstərdi. Bəzən isə olur ki, Fond yığılıb qalmış sənədləşmələri sürətli şəkildə həyata keçirir. Fondun faiz dərəcələri isə dövlətin siyasətini əks etdirir. Faiz dərəcələrinin azalacağına isə inamım yoxdur”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0