Adil Qeybulla: “İnfeksiyanın tədricən yoxa çıxması müşahidə ediləcək”
“25-59 yaşlılarda koronavirusa yoluxma faizi qorxuducu şəkildə artır. Amma bununla belə dünya qarşıdakı aylarda qlobal pandemiyanı nəzarət altına almaq imkanına malikdir”. Bunu ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus deyib.
Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, yoluxma sayında sürətli artım demək olar dünyanın hər yerində qeydə alınır: “Vaksinasiya və immunizasiyanın getməsinə baxmayaraq yoluxma da artır. Ancaq düşünürəm ki, bu pik nöqtənin enişi də olacaq. Biz kollektiv immunitetə doğru gedirik. Bu isə cəmiyyətin infeksiyaya qarşı həssaslığının itməsi ilə nəticələnəcək. Bir müddət sonra isə infeksiyanın tədricən yoxa çıxması müşahidə ediləcək”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz