Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusdan nə vaxt xilas olacağıq – professor danışır

© MeydanTVSəhiyyə eksperti Adil Qeybulla
Səhiyyə eksperti Adil Qeybulla - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
Professor, həkim Adil Qeybulla deyir ki, vaksinasiya və immunizasiyanın getməsinə baxmayaraq yoluxma artır
Adil Qeybulla: “İnfeksiyanın tədricən yoxa çıxması müşahidə ediləcək”

“25-59 yaşlılarda koronavirusa yoluxma faizi qorxuducu şəkildə artır. Amma bununla belə dünya qarşıdakı aylarda qlobal pandemiyanı nəzarət altına almaq imkanına malikdir”. Bunu ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, yoluxma sayında sürətli artım demək olar dünyanın hər yerində qeydə alınır: “Vaksinasiya və immunizasiyanın getməsinə baxmayaraq yoluxma da artır. Ancaq düşünürəm ki, bu pik nöqtənin enişi də olacaq. Biz kollektiv immunitetə doğru gedirik. Bu isə cəmiyyətin infeksiyaya qarşı həssaslığının itməsi ilə nəticələnəcək. Bir müddət sonra isə infeksiyanın tədricən yoxa çıxması müşahidə ediləcək”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0