CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türk xalqlarının Media Koordinasiya Komitəsindən hansı gözləntilər var – ekspert şərhi

© Sputnik / Murad OrujovAzər Həsrət
Azər Həsrət - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, dezinformasiyaların qarşısının alınması və yaxud informasiya sahəsində koordinasiyalı fəaliyyətin təmin edilməsi üçün belə bir platformanın qurulması əhəmiyyətlidir
Azər Həsrət: “Bu yaxınlaşma sadəcə müstəqil türk dövlətləri arasında olmamalıdır”

“Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bu günə kimi yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir”. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, türk dövlətləri və xalqları arasında informasiya sferasında belə yaxınlaşma sevindiricidir: “Biz düşünürük ki, bu yaxınlaşma sadəcə müstəqil türk dövlətləri arasında olmamalıdır. Eyni zamanda bu əməkdaşlığa müstəqil dövləti olmayan türk xalqları arasın belə yaxınlaşma olmalıdır. Dezinformasiyaların qarşısının alınması və yaxud informasiya sahəsində koordinasiyalı fəaliyyətin təmin edilməsi üçün belə bir platformanın qurulması əhəmiyyətlidir. Belə bir platforma dezinformasiyaların qarşısını almaqla yanaşı, ortaya çıxa biləcək hər hansı anlaşılmazlıqların doğru şəkildə qarşısının alınmasına imkan verəcək”.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0