SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əliməmməd Nuriyev: “Yeni şəxslərin məsuliyyətə cəlb olunması gözləniləndir”

© Sputnik / Murad Orujov“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev deyir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin fasiləsiz şəkildə davam etdirildiyini görə bilərik
Əliməmməd Nuriyev: “Hesablama Palatası öz işini peşəkar şəkildə görür”

Baş Prokurorluq Hesablama Palatasının hesabatında göstərilən bəzi məlumatlara münasibət bildirib. Qeyd edilib ki, Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır.

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin fasiləsiz şəkildə davam etdirildiyini görə bilərik: “Biz görürük ki, bu mübarizə çərçivəsində yeni-yeni şəxslər həbs edilir. Bu da prosesin davamlı olduğunu göstərir. Hesablama Palatası tərəfindən yeni faktların təqdim edilməsi və yoxlamalar nəticəsində aşkar edilən müxtəlif korrupsiya halları ilə bağlı Baş Prokurorluğa müraciət edilməsi göstərir ki, prosesdə yeni çalarları ortaya çıxacaq. Bunun nəticəsi olaraq yeni şəxslərin məsuliyyətə cəlb olunması gözləniləndir. Hesab edirəm ki, Hesablama Palatası öz işini peşəkar şəkildə görür”.

Əliməmməd Nuriyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0