SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert: “Zirvə görüşündə əhəmiyyətli qərarlar qəbul edilib”

© Sputnik / Murad OrujovVüqar Zifəroğlu
Vüqar Zifəroğlu - Sputnik Azərbaycan, 1920, 06.04.2021
Abunə olmaq
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyir ki, qərb analitikləri də Türk Şurasının geoiqtisadi və geosiyasi əhəmiyyətini artıran təşkilata çevrilməsini qeyd edirlər.
Vüqar Zifəroğlu: “Burada Azərbaycan və Türkiyə aparıcı rola malikdir”

Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib.

Zirvə görüşünü Sputnik Azərbaycan-a şərh edən Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, sonuncu Zirvə görüşü əhəmiyyətli qərarların qəbul edilməsi ilə yadda qalıb:

“Bu görüşdə əhəmiyyətli mesajlar verildi. Artıq qərb analitikləri də qeyd edirlər ki, Türk Şurası getdikcə geoiqtisadi və geosiyasi əhəmiyyətini artıran təşkilata çevrilir. Şübhəsizdir ki, burada Azərbaycan və Türkiyə aparıcı rola malikdir. Artıq əməkdaşlıq müxtəlif sahələr üzrə genişlənir”.

Vüqar Zifəroğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0