06:40 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223

Dollara tələbat azalır, nağdsız ödənişlər artır – professor səbəbləri şərh edir

RADİO
Qısa URL
6301

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, banklarda depozit qoyuluşunun manatla yanaşı, ABŞ dolları ilə həyata keçirilməsinə imkan yarandı.

Elnur Sadıqov: “Ölkə əhalisinin vəsaitləri bu cür yığmasının bir sıra nəticələri oldu”

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 492,800 mln. ABŞ dolları təşkil edib. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% çoxdur. "APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə fevralda əhali 167,398 mln. nağd dollar alıb ki, bu da yanvar ayı ilə müqayisədə 48,6% azdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, iqtisadi dayanıqlılığın artması yığılmış vəsaitlərin manatla saxlanmasına zəmanət vermiş oldu: “Nəticə etibarilə bu dəyişmə əməliyyatları müəyyən bir dövrə qədər davam etdi. Ölkə əhalisinin vəsaitləri bu cür yığmasının bir sıra nəticələri oldu. Banklarda depozit qoyuluşunun manatla yanaşı, ABŞ dolları ilə həyata keçirilməsinə də imkan yarandı. Bu da dolayısı ilə nağdsız ödənişlərin manatla aparılmasına səbəb oldu”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Teqlər:
əhali, banklar, azalma, tələbat, dollar

Əsas mövzular