Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Aynurə Əhmədova: “İcbari Tibbi Sığorta sistemində çek-ap müayinələri nəzərdə tutulmayıb”

© Photo : State Agency of Mandatory Health Insuranceİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova - Sputnik Azərbaycan, 1920, 02.04.2021
Abunə olmaq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova deyir ki, pensiyaçılar, işsiz vətəndaşlar 2024-cü ilə qədər Xidmətlər Zərfindən pulsuz istifadə edəcəklər
Aynurə Əhmədova: “Diaqnostik müayinələrin aparılması üçün göndəriş verilə bilər”

“Pensiyaçılar, işsiz vətəndaşlar 2024-cü ilə qədər Xidmətlər Zərfindən pulsuz istifadə edəcəklər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova deyib.

Aynurə Əhmədova bildirib ki, İcbari Tibbi Sığorta sistemində çek-ap müayinələri nəzərdə tutulmayıb:

“Səhhətinizdə hər hansı narahatlıq hiss etdikdə ailə həkiminə müraciət edə bilərsiniz. O isə öz növbəsində sizi müayinə, müalicə edə bilər. O cümlədən ehtiyacınız olan diaqnostik müayinələrin aparılması üçün sizə göndəriş vərəqəsi verilə bilər”.

Qeyd edək ki, 2021-ci ilin aprelin 1-dən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir.

Aynurə Əhmədovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0