15:52 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331

Kərim Kərimli: “Şuşanın bərpasından öncə əsas məsələ təhlükəsizliyin təmin edilməsidir”

RADİO
Qısa URL
27 0 0

Yazıçı, jurnalist Kərim Kərimli deyir ki, işğalçı ölkə 28 ildən çox müddət ərzində şəhərin simasını dəyişməyə, erməniləşdirməyə çalışıb

Kərim Kərimli: “Bütün şuşalılar istəyir ki, şəhərin tarixi siması qorunub saxlansın”

“Şuşanın bərpası üçün bütün işlər planlı şəkildə aparılmalı, şəhərin tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”. Bu fikirləri Prezident İlham Əliyevin yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Yazıçı, jurnalist Kərim Kərimli Sputnik Azərbaycan-a deyir ki, yenidənqurmadan öncə əsas məsələ şəhərin müdafiəsinin və orada yaşayacaq əhalinin təhlükəsizliyinin təmin edilməsidir:

“Bütün şuşalıların və Azərbaycan xalqının arzusu budur ki, şəhər yenidən qurularkən onun özünəməxsus tarixi siması qorunub saxlansın. İşğalçı ölkə 28 ildən çox müddət ərzində şəhərin simasını dəyişməyə, erməniləşdirməyə çalışıb. Bunu bizim tarixi abidələrimizə vurulmuş ziyanda, həmçinin onların üzərində edilən dəyişikliklərdə görmək olar. Azərbaycan tarixində baş vermiş önəmli proseslərin izlərini daşıyan abidələr ardıcıllıqla bərpa olunmalıdır”.

Kərim Kərimlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular