11:46 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223

Maksim Zalevski: “Qazilərin istəklərini yerinə yetirdiyim üçün şadam”

RADİO
Qısa URL
3701

İsraildən ölkəmizə gələn həkim heyətinin üzvü Maksim Zalevski deyir ki, döyüşlərdə hər iki gözünü itirən qazilərə iki protez göz qoyulub

Maksim Zalevski: “Bütün qazilər hamı kimi görünmək istəyir”

“Döyüşlərdə yaralanmış ədgərlərə kömək məqsədi ilə İsraildən Bakıya gələn nümayəndə heyətinin üzvüyəm. Mən protezistəm və mənim işim tam olaraq döyüşdə gözünü və ya gözlərini itirmiş qazilərə uyğun bir şəkildə protez göz yerləşdirməkdir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İsraildən ölkəmizə gələn həkim heyətinin üzvü Maksim Zalevski deyib.

“Bu günə kimi qrafikimiz sıx olub. Elə gün olub ki, gün ərzində 8-12 protez hazırlamışıq. Hələlik hər şey qaydasındadır və hər şey plana uyğun həyata keçirilir. Təbiidir ki, bütün qazilər hamı kimi görünmək istəyir. Onlarda bir az diskomfort hiss olunur. Mən onların istəklərini yerinə yetirdiyim üçün şadam. Bu günə kimi artıq 40-a yaxın protez göz yerləşdirilib. Bəzi qazilərə iki protez göz qoyulub. Çünki onlar hər iki gözünü döyüşlərdə itirib”, – deyə o bildirib.

“YAŞAT” Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi başa çatıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 8 gün ərzində israilli həkimlər 141 qazimizi müayinə ediblər. Onlardan 31-i əməliyyat edilib, 58-nə protez göz taxılıb.

Maksim Zalevskinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular