23:55 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697

DİN maskaya görə cərimə yazmaqda maraqlı deyil - Müraciət

RADİO
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (446)
69 0 0

DİN-in əməkdaşı Ağgül Həmdizadə deyir ki, nə dövlət, nə polis kiminsə bu qaydaları pozmasına görə cərimələnməsində maraqlı deyil

Ağgül Həmdizadə: “İndiki şəraitdə bu məsuliyyət hər birimizin həyat tərzi olmalıdır”

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) pandemiya şəraitinin davam etməsi ilə bağlı vətəndaşlara müraciət edib.

Müraciəti çatdıran DİN-in əməkdaşı Ağgül Həmdizadə deyib ki, pandemiya şəraitində hər bir şəxs izolyasiya qaydalarına, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına əməl etməlidir:

“Nə dövlət, nə polis kiminsə bu qaydaları pozmasına görə cərimələnməsində maraqlı deyil. İnzibati cərimə çəkindirici xarakter daşıyır, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədindən irəli gəlir. İndiki şəraitdə bu məsuliyyət hər birimizin həyat tərzi olmalıdır”.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (446)
Teqlər:
cərimə, polis, maska, karantin

Əsas mövzular