01:05 27 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661

Politoloq: “İranla nüvə sazişini yenidən imzalamaq ABŞ-ın xeyrinədir”

RADİO
Qısa URL
355 0 0

Politoloq Ramiyə Məmmədova deyir ki, ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək, bəlkə də əlavə sanksiyalar da işə salınacaq

Ramiyə Məmmədova: “ABŞ-ın İrana qarşı siyasəti dəyişməz qalacaq”

“İranı nüvə sazişi üzrə danışıqlar masasına qaytarmaq üçün ABŞ ilk olaraq sanksiyaları ləğv etməyəcək”. Bunu ABŞ Prezidenti Co Bayden deyib.

Baydenin sanksiyalar barədə fikirlərini Sputnik Azərbaycan-a şərh edən politoloq Ramiyə Məmmədova deyir ki, Bayden əvvəlki açıqlamalarında da İranla bağlı danışarkən münasibətlərin Trampdan əvvəlki dövrə qaytarılmasının zəruriliyini bildirmişdi:

“Amma düşünürəm ki, ABŞ-ın İrana qarşı siyasəti dəyişməz qalacaq. ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək, bəlkə də əlavə sanksiyalar da işə salınacaq. Təbii olaraq, bu gün İranla nüvə sazişini yenidən imzalamaq ABŞ-ın xeyrinədir. İranın günü-gündən nüvə tədqiqatlarını genişləndirməsi tək ABŞ üçün deyil, ona müttəfiq olan ölkələrə də təhlükə yaradır. Bayden administrasiyası ABŞ-ın geopolitik maraqlarını həyata keçirmək üçün yeni addımlar atmaqdan çəkinməyəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular