CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Həqiqətlərimiz daha geniş coğrafiyada yayılacaq”

© Sputnik / Anar MustafayevЧлен правления Совета прессы АР Азер Хасрет
Член правления Совета прессы АР Азер Хасрет - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Abunə olmaq
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, Azərbaycan və türk jurnalistlərinin əməkdaşlıq edirlər, lakin bunun düzənli şəkildə dövlət tərəfindən təmin edilməsi ümumi işin xeyrinədir
Azər Həsrət: “Bu əməkdaşlıq hər iki ölkə üçün faydalıdır”

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi qəbul edilib. Bununla da Azərbaycanla Türkiyə arasında birgə media platformasının yaradılması təsdiqlənib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, belə bir əməkdaşlığın qurulması hər iki ölkə üçün faydalıdır:

“Uzun illərdir ki, Azərbaycan və türk jurnalistləri əməkdaşlıq edirlər, lakin bunun düzənli şəkildə dövlət tərəfindən təmin edilməsi ümumi işin xeyrinədir. Türkiyə mediası ABŞ, Kanada və digər qərb ölkələrində diqqətlə izlənir. Bu əməkdaşlıq imkan verir ki, Azərbaycana həqiqətləri Türkiyə mediası vasitəsilə həmin coğrafiyada yayılsın. Eyni zamanda Azərbaycan mediası türkiyəli jurnalistlərin və ümumilikdə Türkiyə mediasının fikirlərinin keçmiş SSRİ məkanında yayılmasında köməklik göstərə bilər”.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0