19:05 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237

Professor: “Palçıq vulkanları Azərbaycanda turizmin inkişafına səbəb ola bilər”

RADİO
Qısa URL
20 0 0

Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov deyir ki, bu cür təbiət abidələri Qafqaz bölgəsində təkcə Azərbaycanda mövcuddur

Çingiz İsmayılov: “Vaxtilə palçıq vulkanları ilə bağlı məsələlər qaldırılmışdı”

Yanvarın 23-də Şamaxı rayonunun Quşçu kəndi ərazisində palçıq vulkanı püskürüb. Yerli sakinlər püskürmədən əvvəl ərazidə güclü uğultu səsi eşidiblər.

Palçıq vulkanlarının Azərbaycan üçün əhəmiyyəti haqqında Sputnik Azərbaycan-a danışan Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov deyir ki, belə vulkanlar dünyada çox geniş yayılmayıb:

“Bu baxımdan vaxtilə palçıq vulkanları ilə bağlı məsələlər qaldırılmışdı, lakin yetərincə təbliğ olunmadı. Xüsusən turizm marşrutlarında bu qeyri-adi təbiət obyektləri seçilə bilər. Bu, Qafqaz bölgəsində yeganə təbii abidələrdəndir ki, təkcə Azərbaycanda mövcuddur. Bu baxımdan palçıq vulkanları Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi üçün əlavə imkanlar yarada bilər”.

Çingiz İsmayılovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Teqlər:
Azərbaycan, inkişaf, turizm, palçıq vulkanları

Əsas mövzular