CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: “Qarabağ qazilərinə qayğı dövlətin əsas məsələsidir”

© Sputnik / Murad OrujovЗаместитель председателя комитета Милли Меджлиса Айдын Мирзазаде
Заместитель председателя комитета Милли Меджлиса Айдын Мирзазаде - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Aydın Mirzəzadə deyir ki, prezident sərəncamı ilə yaradılmış YAŞAT fondu problemlərin həlli və həmin şəxslərin dövlət qayğısı ilə əhatələnməsinə nümunədir
Aydın Mirzəzadə: “Bu sərəncam problemlərinin həlli üçün yeganə diqqət forması deyil”

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Vətən müharibəsi əlilləri və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirmək tapşırılıb.

Millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyir ki, bu sərəncam Azərbaycan dövlətinin və onu başçısının şəhid ailələrinə, müharibədə zədə almış şəxslərə böyük humanist qayğısını göstərir: “Bu gün həmin insanlara qayğı dövlətin əsas məsələsi hesab edilir. Həmin ailələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlətin kifayət qədər imkanları var. Bu sərəncam həmin kateqoriyadan olan şəxslərin problemlərinin həlli üçün yeganə diqqət forması deyil. Bu istiqamətdə prezident sərəncamı ilə yaradılmış YAŞAT fondu problemlərin həlli və həmin şəxslərin dövlət qayğısı ilə əhatələnməsinə nümunədir”.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. 44 gün davam edən hərbi əməliyyatlar noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla dayandırılıb.

Aydın Mirzəzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0