CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş həkim vaksinasiyadan sonra arxayınlaşmamağa çağırır

© Photo : AZƏRTAC1 saylı şəhər poliklinikasının baş həkimi Kubra Cabbarova
1 saylı şəhər poliklinikasının baş həkimi Kubra Cabbarova - Sputnik Azərbaycan
Abunə olmaq
1 saylı şəhər poliklinikasının baş həkimi Kubra Cabbarova deyir ki, hər yeni yoluxma halı bir neçə nəfərin yoluxması və virusun zəncirvari yayılması deməkdir
Kubra Cabbarova: “Pandemiya bitənə qədər maska istifadə edilməlidir”

“Peyvəndləmə koronavirusla mübarizənin əsas halqalarındandır”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində 1 saylı şəhər poliklinikasının baş həkimi Kubra Cabbarova deyib.

“Vaksinasiya pandemiyanın yox olmasına kömək edəcək. Lakin peyvənd vurdurandan sonra arxayınlaşmaq olmaz. Pandemiya bitənə qədər maska istifadə edilməli, gigiyena qaydalarına, sosial məsafə prinsiplərinə əməl olunmalıdır. Bu virus sürətlə yayılma qabiliyyətinə malikdir. Hər yeni yoluxma halı bir neçə nəfərin yoluxması və virusun zəncirvari yayılması deməkdir. Ona görə də təkcə vaksinasiyaya arxayın olaraq digər qaydaları diqqətdən kənarda saxlamaq olmaz” – deyə baş həkim bildirib.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Kubra Cabbarovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0