05:38 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652

Əliməmməd Nuriyev: “Dövlət şirkətlərinin sayının azaldılması lazımdır”

RADİO
Qısa URL
102 0 0

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, dövlət şirkətlərində bütün səlahiyyətlərin bir şəxsin əlində cəmlənməsi effektiv nəzarətə imkan vermir

Əliməmməd Nuriyev: “Dövlət şirkətlərində idarəetmə prosesi tamam dəyişməlidir”

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq dövlət idarəçiliyində maliyyə şəffaflığının təmin edilməsi istiqamətində qarşıya çıxan korrupsiya hallarına qarşı mübarizə tədbirləri davam etdirilir. Belə tədbirlərdən biri kimi “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a deyir ki, artıq belə korrupsiya həbsləri ilə bağlı sayı itirib:

“Dövlət şirkətlərinin səmərəli idarə edilməsi vacib məsələdir. Bu şirkətlərdə idarəetmə prosesi tamam dəyişməlidir. Dövlət şirkətlərində bütün səlahiyyətlərin bir şəxsin əlində cəmlənməsi effektiv nəzarətə imkan vermir. Ümumiyyətlə gələcək dövrlərdə dövlət şirkətlərinin sayının azaldılması haqqında düşünmək lazımdır”.

Əsas mövzular