17:15 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562

Baş prokuror: “Korrupsiyanı elə məhv etməliyik ki, yerində başqaları yaranmasın”

RADİO
Qısa URL
41 0 0

Baş prokuror Kamran Əliyev deyir ki, korrupsiya cinayətləri nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın ödənilməsi çox vacibdir

Kamran Əliyev: “Vətəndaşları daha çox onlara vurulan ziyanın ödənilməsi maraqlandırır”

“Korrupsiyaya qarşı mübarizə çərçivəsində korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirməliyik”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev "Real" televiziyasına müsahibəsində deyib.

“Bu cinayətləri törədənlərə qarşı həmin sahədə korrupsiya şəbəkələri müəyyən edilməklə onların məhv edilməsi istiqamətində işlər davam etdirilməlidir. Onları elə məhv etməliyik ki, daha yerində başqa şəbəkələr yaranmasın. Korrupsiya cinayətləri nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın ödənilməsi çox vacibdir. Çünki dövlət büdcəsinə və vətəndaşlara vurulan ziyanın bərpası çox mühümdür. Bir çox işlərdə vətəndaşlara vurulan ziyanlarla bağlı vətəndaşları daha çox onlara vurulan ziyanın ödənilməsi maraqlandırır, nəinki təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi. Təbii ki, bunların hər ikisi təmin edilməlidir”, - deyə Baş prokuror bildirib.

Kamran Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Teqlər:
cinayətkar, ziyan, kompensasiya, zərərçəkən, Baş prokuror, korrupsiya

Əsas mövzular