10:51 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554

Xalq yazıçısı: “Azərbaycan xalqının xüsusiyyətləri Nizami yaradıcılığında əks olunub”

RADİO
Qısa URL
29 0 0

Xalq yazıçısı Natiq Rəsulzadə deyir ki, 2021-ci ilin “Nizami ili” elan olunması yaradıcı şəxsiyyətlərin ürəyincə olub

Natiq Rəsulzadə: “Nizami kimi şəxsiyyətləri dünyaya tanıtmaq lazımdır”

“Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik. 2021-ci il mənim Sərəncamımla “Nizami ili” elan olunur. 2021-ci ildə biz Nizaminin 880 illik yubileyini qeyd edəcəyik, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Xalq yazıçısı Natiq Rəsulzadə Sputnik Azərbaycan-a deyir ki, 2021-ci ilin “Nizami ili” elan olunması yaradıcı şəxsiyyətlərin ürəyincə olub:

“Ulu öndər Heydər Əliyev də həmişə çalışırdı ki, Azərbaycan xalqının yetirdiyi şəxsiyyətləri bütün dünya tanısın. Bu gün prezidentimiz də bu yolu davam etdirir. Nizaminin yaradıcılığı humanizm ideyaları ilə zəngindir. Azərbaycan xalqının bütün gözəl xüsusiyyətləri Nizami yaradıcılığında əks olunmuşdur. Nizami kimi şəxsiyyətləri dünyaya tanıtmaq lazımdır. Belə insanlar min ildə bir dəfə doğulur”.

Natiq Rəsulzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular