17:08 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630

Professor: “Neft 65 dollara qədər bahalaşa bilər”

RADİO
Qısa URL
28 0 0

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, gələn ilin ilk aylarında neft qiymətlərinin 48-50 dollar diapozonunda olmasını gözləmək olar

Müslüm İbrahimov: “ABŞ İrana qarşı sanksiyaları ləğv edərsə, bu, neft qiymətlərinə təsir edəcək”

2021-ci ildə “Brent” markalı neftin qiymətləri 40-45 ABŞ dollar ətrafında dəyişəcək. “Moody’s” beynəlxalq reytinq agentliyinin növbəti hesabatına görə, orta perspektivdə qiymətlər 45-65 ABŞ dolları arasında, daha çox bunun aşağı həddinə yaxın olacaq.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, hazırda dünya neft bazarına 3 əsas faktor təsir göstərir:

“İlk növbədə bura OPEC+ ölkələrinin qərarları aiddir. Epidemioloji situasiyanın gərginləşməsi hasilatın artımına imkan verməyəcək. Gələn ilin ilk aylarında neft qiymətlərinin 48-50 dollar diapozonunda olmasını gözləmək olar. Vaksinasiya prosesinin başlaması ilə turizmin canlanması müşahidə olunacaq. Bundan sonra neftin qiymətinin 65 dollara qədər bahalaşa bilər. Təbii ki, qiymətlərə təsir edən əsas faktorlardan biri də siyasi proseslərdir. ABŞ-ın yeni hökuməti İrana qarşı sanksiyaları ləğv edərsə, bu, neft qiymətlərinə təsir edəcək”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular