17:00 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630

Professor: "Azad edilmiş ərazilərdə uzunmüddətli kreditlər təklif edilməlidir"

RADİO
Qısa URL
22 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, dövlət həm maliyə infrastrukturunun təkmilləşdirilməsinə nail olmalıdır, həm də bütövlükdə infrastruktur layihələrinin icrasına getməlidir

Elşad Məmmədov: “Strateji planlama mexanizmləri hazırlanıb işə salınmalıdır”

“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın təmin edilməsi üçün investisiya axınlarının kəskin şəkildə artırılmasına ehtiyac var”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, bu baxımdan kiçik və orta sahibkarlığın inkişafı prioritet təşkil edir: “Ölkədə reallaşdırılan iqtisadi idarəetmə siyasəti nöqteyi nəzərdən strateji planlama mexanizmləri hazırlanıb işə salınmalıdır. Dövlət həm maliyə infrastrukturunun təkmilləşdirilməsinə nail olmalıdır, həm də bütövlükdə infrastruktur layihələrinin icrasına getməlidir. Bununla biznesdə dayanıqlı inkişaf üçün zəmin yaradılmış olacaq. Biznesə uzunmüddətli əlçatan kreditlər təklif edilməlidir”. 

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təqdim edə bilərlər. Agentliyə müraciət edən sahibkarlara işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialına dair informasiya, məsləhət, əlaqələndirmə və digər dəstək və xidmətlər göstəriləcək.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Teqlər:
işğaldan azad edilmiş ərazilər, əhali, banklar, kredit

Əsas mövzular