14:09 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562

Ramin Bayramlı: “Özünümüalicə hallarından qaçmaq lazımdır”

RADİO
Qısa URL
103 0 0

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyir ki, belə xəstələr sonradan ağırlaşmış formada bizə müraciət edirlər

Ramin Bayramlı: “Bəzi həmkarlarımız protokola uyğun olmayan müalicə yazırlar”

“Təəssüf ki, bəzi həmkarlarımız evdə müalicə alan koronaviruslu xəstələrə özlərindən, yəni heç bir protokola uyğun olmayan müalicə yazırlar”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.

TƏBİB sədri bildirib ki, onlar ilk gündən xəstələrə təhlükəli stereoidlər adlandırdığımız hormonal preparatlar, antibakterial antibiotiklər təyin edirlər:

“Belə xəstələr də sonradan ağırlaşmış formada bizə müraciət edirlər. Vətəndaşlara müraciət edirəm ki, evdə müalicəyə mütləq sahə həkimlərinin nəzarəti altında başlasınlar. Özünü müalicə hallarından isə qaçmaq lazımdır”.

Ramin Bayramlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular