14:15 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562

Politoloq: “Türkiyəyə qarşı sanksiyalardan ziyan çəkən ABŞ olacaq”

RADİO
Qısa URL
157 0 0

Politoloq Mübariz Əhmədoğlu deyir ki, Türkiyə-Rusiya əlaqələrinin Qafqazda baş verən son hadisələrdən sonra güclənməsi onların ən çətin məsələlərdə belə həll yolu tapa bildiklərini göstərir.

Mübariz Əhmədoğlu: “ABŞ-ın müttəfiqləri onu bu cür siyasət aparmağa məcbur ediblər”

“Bu, ilk dəfə NATO üzvü olan ölkəmizə tətbiq olunur. Bu nə cür bir ittifaqdır?”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiya qərarı ilə bağlı danışarkən deyib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, bu sanksiyanın mahiyyəti anlaşılmazdır:

“Bu sanksiya ABŞ-a düşmən ölkələr üçün nəzərdə tutulub. Amma düşünmürəm ki, Türkiyə ABŞ-a qarşı belə bir siyasət aparır. Görünür ABŞ-ın müttəfiqləri onu bu cür siyasət aparmağa məcbur ediblər. Bu sanksiyalardan sonda ziyan çəkən ABŞ olacaq. Bundan sonra Türkiyə Rusiya ilə daha da yaxınlaşa bilər. Xüsusən də Türkiy-Rusiya əlaqələrinin Qafqazda baş verən son hadisələrdən sonra güclənməsi onların ən çətin məsələlərdə belə həll yolu tapa bildiklərini göstərir. Bu iki ölkənin Qafqazda güclənməsi o deməkdir ki, ABŞ-ın Qafqaz siyasəti olmayacaq”.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular