16:25 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695

Psixoloq: “Sərt karantin tədbirləri əvvəlki gərgin reaksiyalara səbəb olmur”

RADİO
Qısa URL
189 0 0

Psixoloq Nizami Orucov deyir ki, insanlar bu qapanma tədbirlərinin fiziki təcridlə məhdudlaşmasını qəbul edib, özünəqapanma və depressiv vəziyyətə düşməyə özlərinə imkan verməməlidir

Nizami Orucov: “Karantinli günlərin sona çatmasına çox qalmayıb”

“Artıq on aya yaxındır ki, dünyada və Azərbaycanda pandemiya ilə mübarizə aparılır. Bunun nəticəsi olaraq insanlarda baş verən psixi reaksiyaların forması dəyişib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında psixoloq Nizami Orucov deyib.

Psixoloqun sözlərinə görə, pandemiyanın ilk aylarında insanlar kəskin emosional şok, gərginlik, panik reaksiyalar yaşayırdılarsa, artıq bu reaksiyaların özü dəyişmiş vəziyyətdədir:

“İnsanlar virus haqqında artıq daha məlumatlıdırlar. Xüsusən də virusa qarşı tətbiq ediləcək dərman və peyvəndlər haqqında yayılan xəbərlər insanları ümidləndirir. Hazırda tətbiq edilən sərt karantin tədbirləri əvvəlki psixi reaksiyalara səbəb olmur. Bəli özünü təcridetmə tədbirləri insanın psixoloji vəziyyətinə təsir edir. Tövsiyə edərdim ki, insanlar bu qapanma tədbirlərinin fiziki təcridlə məhdudlaşmasını qəbul etsinlər. Yəni, özünəqapanma və depressiv vəziyyətə düşməyə özlərinə imkan verməsinlər. İnsanlar sevdikləri şəxslərlə, yaxınları ilə daha çox münasibət qursunlar, xüsusən də 3 saatlıq sms icazə müddətini düzgün dəyərləndirsinlər, açıq havada gəzinti etsinlər. Karantinli günlərin sonlanmağına çox qalmayıb”.

Qeyd edək ki, dekabrın 14-dən etibarən Azərbaycanda COVİD-19 virusuna qarşı karantin tədbirləri yenidən sərtləşdirilib. 2021-ci il 18 yanvar saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə verilir.

Nizami Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular