08:07 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695

Professor: “Rəqəmsallaşma prosesində insan azadlığı mütləq şəkildə qorunmalıdır”

RADİO
Qısa URL
147 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, rəqəmsallaşdırma zamanı insanların azadlığına zərər gəlmədən bu proses reallaşdırılmalıdır

Elşad Məmmədov: “Bu prosesdə ön xətt dəqiq şəkildə müəyyənləşməlidir”

Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiq olunması üzrə araşdırmaların aparıması planlaşdırılır. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, rəqəmsallaşma ilə bağlı qərarların qəbulu və tətbiqi qaçılmazdır:

“Bu, iqtisadi proseslərin sürətləndirilməsinə, şəffaflaşdırılmasına və effektivliyinə müsbət təsir etməlidir. Ancaq bu məqamı da qeyd etmək istəyirəm ki, rəqəmsallaşdırma zamanı insanların azadlığına zərər gəlmədən bu proses reallaşdırılmalıdır. İnsan azadlığı mütləq şəkildə qorunmalıdır. Müxtəlif ölkəlrədə rəqəmsallaşma ilə bağlı fərqli təkliflər var. Hesab edirəm ki, bu prosesdə ön xətt dəqiq şəkildə müəyyənləşməlidir. Bu xətt insanların azadlığının qorunmasını təmin etməlidir”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular