06:49 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695

Professor: “Pandemiyanın nə vaxt bitəcəyini proqnozlaşdırmaq olar”

RADİO
Qısa URL
Yeni tip koronavirus pandemiyası (586)
70 0 0

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyir ki, təkrar xəstələnmə zamanı xəstəliyin özünü necə göstərməsinə dair sübut olunmuş məlumatlar yoxdur

Akif Qurbanov: “Təkrar yoluxmanı proqnozlaşdırmaq mümkün deyil”

“Bütün dünyada təkrar yoluxma halları var. Ona görə də yoluxmuş şəxs arxayınlaşmamalıdır ki, bu xəstəliyi keçirmişəm və qorunma tədbirlərinə ehtiyac yoxdur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

“Birinci dəfə xəstəliyi keçirənlər ikinci dəfə onu simptomsuz keçirə bilərlər. Bu da yoluxma saylarının artımına səbəb ola bilər. Çünki həmin şəxslər infeksiya mənbəyinə çevrilə bilərlər. Təkrar xəstələnmə zamanı xəstəliyin özünü necə göstərməsinə dair sübut olunmuş məlumatlar yoxdur. Lakin bu zaman ən yüngül xəstəlik halından ən ağırına qədər müşahidə oluna bilər. Hazırda təkrar yoluxmanı proqnozlaşdırmaq mümkün deyil. Çünki bu barədə kifayət qədər sübut və materiallar yoxdur. Pandemiyanın nə vaxt bitəcəyini elmi cəhətdən proqnozlaşdırmaq olar. İnsanların 70 faizinin, yəni üçdə ikisinin orqanizmində koronavirusa qarşı immunitet yaranacağı zaman virus aramızdan gedəcək”, – deyə professor bildirib.

Akif Qurbanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Mövzu:
Yeni tip koronavirus pandemiyası (586)
Teqlər:
pandemiya, simptom, yoluxma, dünya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular