16:36 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695

Rəşad Məcid: “Vətənpərvərlik mövzusunda keçirilən yazı müsabiqəsi maraq doğurur”

RADİO
Qısa URL
10110

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyir ki, bundan əvvəl koronavirusla bağlı da müsabiqə elan olunmuşdu və orada çox sayda hekayələr, ədəbi yazılar göndərilmişdi

Rəşad Məcid: “Müsabiqəyə davamlı olaraq yeni yazılar gəlir”

Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vətənpərvərlik mövzusunda ədəbi müsabiqəyə hekayə, esse və poeziya janrları üzrə artıq 107 əsər təqdim olunub.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Sputnik Azərbaycan-a deyir ki, bu müsabiqəyə marağın yüksək olacağını düşünür:

“Bilirsiniz ki, bundan əvvəl koronavirusla bağlı da müsabiqə elan olunmuşdu və orada çox sayda hekayələr, ədəbi yazılar göndərilmişdi. Həmin müsabiqənin mükafatlandırma mərasimində elan edildi ki, vətənpərlik mövzusunda  yazılar müsabiqəsi keçirilsin. Məndə olan məlumata görə bu müsabiqə də maraq doğurur, davamlı olaraq yeni yazılar gəlir”.

Rəşad Məcidin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular