QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ekspert: “Qarabağa turlar təşkil edilərkən tarixi əhəmiyyəti nəzərə alınmalıdır”

© Sputnik / Murad OrujovПредседатель правления Ассоциации отелей и ресторанов Азербайджана Самир Дюбенди
Председатель правления Ассоциации отелей и ресторанов Азербайджана Самир Дюбенди - Sputnik Azərbaycan
Abunə olmaq
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, ermənilər torpaqlarımızı işğal altında saxladıqları illər ərzində o ərazilərə müxtəlif turlar təşkil ediblər
Samir Dübəndi: “Qarabağın gələcəyi ekoturizm fəaliyyətləri ilə bağlıdır”

Qarabağın turizm potensialı çox zəngindir. Azərbaycan əhalisi doğma torpaqlarına qayıtdıqdan və infrastruktur yaradıldıqdan sonra bura yerli və xarici turistləri cəlb etmək olar. Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.

İşğaldan azad edilmiş ərazilərimizə təşkil ediləcək turlar haqqında Sputnik Azərbaycan-a danışan DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, turların təşkil edilməsi üçün ilk növbədə təhlükəsizlik təmin edilməlidir:

“Paralel olaraq bu ərazilərdə infrastruktur quruculuğu həyata keçirilməlidir. Ermənilər torpaqlarımızı işğal altında saxladıqları bu illər ərzində o ərazilərə müxtəlif turlar təşkil ediblər. Turlar təşkil edilərkən Qarabağın tarixi baxımdan əhəmiyyəti nəzərə alınmalıdır. Açılacaq turizm marşrutlarına Azıx mağarasını da daxil etmək olar. Düşünürəm ki, Qarabağın gələcəyi ekoturizm fəaliyyətləri ilə bağlıdır”.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0