15:32 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Vüqar Kərimov: “Ermənistan tərəfinin etdikləri təbiətə qarşı ən ağır cinayətdir”

RADİO
Qısa URL
88 0 0

Ekologiya Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyir ki, bu ekoloji cinayətlər illərlə Azərkosmosdan alınmış foto faktlarda da təsdiq olunub

Vüqar Kərimov: “Mövcud faktlar beynəlxalq konvensiyaların katibliklərinə təqdim edilib”

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ekoloji QHT-lər, Azərbaycan ictimaiyyəti dünən sosial şəbəkələrdə və televiziyalarda Kəlbəcər ərazisində ermənilərin barbarlığını nümayiş etdirən foto və videolarda əks olunanları qətiyyətlə pisləyir və bu hərəkətləri insanlığa, təbiətə qarşı əsil düşmənçilik kimi qiymətləndirir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.

“Təcavüzkar Ermənistan tərəfindən işğal altındakı ərazilərdəki flora və faunanın məhvi, xüsusən də Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimizdə yaşı iki min ildən artıq olan təbiət abidələrinin-çinarların kəsilməsi, Şuşa ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforla yandırılması, indi də Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətdir. Bu ekoloji cinayətlər illərlə Azərkosmosdan alınmış foto faktlarda da təsdiq olunub. Eyni zamanda, yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırım, yaradılmış Əməliyyat qrupunda təmsil olunan nazirliyimizin əməkdaşlarının keçirdiyi monitorinqlərin ilkin nəticələrində də öz əksini tapıb. Mövcud faktlar müvafiq beynəlxalq konvensiyaların katibliklərinə təqdim edilib” – deyə Vüqar Kərimov bildirib.

Vüqar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular