Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Naxçıvanla qurulacaq dəhliz regional inkişafa şərait yaradacaq” – ekspert şərhi

© Sputnik / Murad OrujovЗаместитель директора Русской школы экономики UNEC Эльшад Мамедов
Заместитель директора Русской школы экономики UNEC Эльшад Мамедов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, faktiki olaraq Naxçıvan Azərbaycanın iqtisadi inkişafından təcrid olunmuşdu
Elşad Məmmədov: “Naxçıvanla əlaqələrin dəhlizlə vasitəsilə qurulması mühim məsələdir”

“Naxçıvanla Azərbaycanın arasında dəhlizin yaradılması vahid təsrrüfat sisteminin dayanıqlı şəkildə inkişafına xidmət etməlidir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, son otuz il ərzində Azərbaycan vahid təssrüfat sistemi baxımından ciddi problemlərlə üzləşirdi: “Faktiki olaraq Naxçıvan Azərbaycanın iqtisadi inkişafından təcrid olunmuşdu. Düzdür, müxtəlif ölkələr vasitəsilə əlaqələr mümkün idi, amma bu bir sıra problemlər yaradırdı. Ona görə də hesab edirəm ki, Naxçıvanla əlaqələrin dəhlizlə vasitəsilə qurulması mühim məsələdir. Bu dayanıqlı regional inkişafa şərait yaradacaq”.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədə əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi fəaliyyətin Moskva vaxtı ilə 10 noyabr saat 00.20-dən etibarən tam dayandırılması elan olunub.

Xəbər lenti
0