06:18 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

İdman şərhçisi: “Monteneqro yığması ilə keçiriləcək oyundan qələbə gözləntim yoxdur”

RADİO
Qısa URL
20 0 0

İdman şərhçisi Sənan Şəfizadə deyir ki, sınaq xarakterli oyunlarda bəzi oyunçular imkanlarından aşağı oyun nümayiş etdirir

Sənan Şəfizadə: “Komandamızın hər hansı surprizə imza atacağını düşünmürəm”

Noyabrın 14-də UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda Azərbaycan yığması Monteneqro ilə qarşılaşacaq.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, bu oyundan çox böyük gözləntisi yoxdur: “Millimizin baş məşqçisi hələ də yığmanı tam mənimsəyə bilməyib. Yığmamızın son oyununu da nəzərə alsaq, heç bir irəliləyiş görmürəm. Sınaq xarakterli oyunlarda bəzi oyunçular imkanlarından aşağı oyun nümayiş etdirir. Ona görə də, milli komandamızın Montenoqro yığması ilə sabah keçiriləcək oyunundan qələbə gözləntim yoxdur. Komandamızın hər hansı surprizə imza atacağını düşünmürəm. Ən yaxşı halda qrupun son oyununda Lüksemburq yığması ilə he-heçə edə bilər”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular