20:34 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq: “Bu kapitulyasiya Ermənistana yaraşır”

RADİO
Qısa URL
27 0 0

Politoloq Tofiq Abbasov deyir ki, münaqişənin həllində artıq ikitərəfli moderatorluq mövcuddur: "Rusiya və Türkiyə əl-ələ verib Azərbaycanın səsini eşidərək bu prosesə qatıldılar”

Tofiq Abbasov: “Azərbaycan böyük proseslərin iştirakçısıdır”

“Ermənistan-Azərbaycan münaqişəsi ətrafında yeni format formalaşır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir arasında imzalanmış bəyanatı şərh edərkən politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Rusiya ilə Ermənistan arasında müttəfiqlik münasibətinin olması kimsəyə sirr deyildi:

“Bu kapitulyasiya Ermənistana yaraşır. Münaqişənin həllində artıq ikitərəfli moderatorluq mövcuddur. Artıq Rusiya və Türkiyə də razılığa gəliblər. Azərbaycan bu ölkələrlə birlikdə çox böyük proseslərin iştirakçısıdır. Rusiya və Türkiyə əl-ələ verib Azərbaycanın səsini eşidərək bu prosesə qatıldılar”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədə əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi fəaliyyətin Moskva vaxtı ilə 10 noyabr saat 00.00-dən etibarən tam dayandırılması elan olunub.

Tofiq Abbasovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular