11:02 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Professor: “Hasilatın artırılması neft bazarındakı mövcud balansı dağıda bilər”

RADİO
Qısa URL
144 0 0

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, neft bazarında qorunub saxlanan balans istehsalçı ölkələrin hasilatı azaltması ilə bağlıdır

Müslüm İbrahimov: “Son bir neçə ayda dünya neft bazarında sabitlik mövcuddur”

“OPEC plus” ölkələri sazişin tam şəkildə icrasını davam etdirmək barədə razılığa gəliblər. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, OPEC+ çərçivəsində əldə olunmuş razılaşmalar cari neft bazarındakı situasiyalara arxalanır:

“Son bir neçə ayda dünya neft bazarında sabitlik mövcuddur. Neft bazarında qorunub saxlanan balans istehsalçı ölkələrin hasilatı azaltması ilə bağlıdır. Hasilatın yenidən artırılması mövcud balansı dağıda bilər. Dünya neft bazarındakı vəziyyətə təsir edən faktorlardan biri də koronavirus pandemiyasıdır. Arıtq müşahidə olunan ikinci dalğalaya ölkələrin münasibəti neft bazarına öz təsirini göstərəcək”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular