20:18 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Ələsgərli: “Feyk xəbərlərin qarşısının alınması müharibə dövründə xüsusən aktuallaşır”

RADİO
Qısa URL
125 0 0

Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli deyir ki, indiki şəraitdə informasiyanı rəsmi qurumlardan və güvənilən və etibarlı media qurumlarından almaq tövsiyə olunur

Müşfiq Ələsgərli: “Sosial şəbəkələr mövcud olduqca feyk xəbərlər də olacaq”

“Sosial şəbəkələr üzərindən yayılan feyk xəbərlər təkcə müharibə dövrü ilə məhdudlaşmır”. Bunu Sputnik Azərbaycan-a feyk xəbərlərlə mübarizə haqqında danışarkən Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli deyib.

O bildirib ki, nə qədər sosial şəbəkələr, internet media var feyk xəbərlər də olacaq: “Feyk xəbərlərin qarşısının alınması üçün qanunvericiliyə dəyişikliklər edilir. Amma ümumi qənaətbəxş nəticənin oluğunu demək olmaz. Feyk xəbərlərin qarşısının alınması müharibə dövründə xüsusən aktullaşır. Hazırda ölkəmiz müharibə şəraitində sosial şəbəkələrdə feyk xəbərlərin yayılmasının qarşısını almaq üçün onlardan istifadənin məhdudlaşdırılması yolunu seçib. Bu özlüyündə yaxşı addımdır, amma uzun müddət buna güvənib hərəkət etmək olmaz, bu özü də tam effekt vermir. Dünya haqq səsimizin çatdırılmasında çətinliklər yaşayırıq. İndiki şəraitdə vətəndaşlara tövsiyə olunur ki, informasiyanı rəsmi qurumlardan və güvənilən və etibarlı media qurumlarından alsnları”.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.

Müşfiq Ələsgərlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular