20:27 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Qurban Qurbanov: “Fikrimiz Azərbaycan əsgərlərinin yanındadır”

RADİO
Qısa URL
77 0 0

“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyir ki, futbolçuları oyuna motivasiya etməyə çalışırıq

Qurban Qurbanov: ““Makkabi”nin yaxşı oyun fəlsəfəsi var”

“Rəqibimizin Çempionlar Liqasında həm Belarusun “Dinamo” (Brest), həm də Avstriyanın “Zaltsburq” komandaları ilə keçirdiyi matçları izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi”yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I qrupunun ilk tur matçı barədə danışarkən deyib.

O bildirib ki, rəqibin hansısa futbolçusunu fərqləndirmək istəmir: ““Makkabi”nin yaxşı oyun fəlsəfəsi var. Hazırda Qarabağda müharibə getdiyi üçün fikrimiz Azərbaycan əsgərlərinin yanındadır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Biz də futbolçularımızı oyuna motivasiya etməyə və sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni etməyə çalışırıq”.

Qeyd edək ki, bu gün “Blumfild” stadionunda keçiriləcək “Makkabi” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qurban Qurbanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular