Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Vasif Əliyev: “İnsanlar son günlər sanki koronavirusu unudublar”

© Sputnik / Irade JELILVasif Əliyev
Vasif Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, yoluxma sayı sürətlə artarsa, xəstəxanalarda çarpayı çatışmazlığı da ola bilər
Vasif Əliyev: “Yaralı əsgərlərimizə tibbi diqqəti artırmaq üçün insanlar sağlam olmalıdır”

“Sanki indi koronavirus insanlar üçün adiləşib, aktuallığını itirib”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. O bildirib ki, son günlərdə 200-dən artıq yoluxmanın qeydə alınması bizim üçün bir siqnal, xəbərdarlıq olmalıdır:

“Son günlərdə 200-dən artıq yoluxmanın qeydə alınması bizim üçün bir siqnal, xəbərdarlıq olmalıdır. Bu sayın artması insanların bir-biri ilə təmasının artmasına görədir. İnsanlar son günlər sanki koronavirusu unudublar. Yoluxmanın artmaması səhiyyə sisteminə də xeyirdir. Bununla da həkim çatışmazlığı yaranmaz. Yoluxma sayı sürətlə artarsa, xəstəxanalarda çarpayı çatışmazlığı da ola bilər. Savaş gedən ölkədə yaralıların olmasını da nəzərə almaq lazımdır. Yaralı əsgərlərimizə olan tibbi diqqəti artırmaq üçün arxa cəbhədə olan insanlar sağlam olmalıdır ki, ön cəbhəyə bu cür faydalı ola bilək. Virus hələ bitməyib, bunu unutmamalıyıq. Yumşalma o demək deyil ki, biz virusun olduğunu unutmalıyıq, əksinə indi daha da diqqətli olmalıyıq” – deyə o bildirib.

Vasif Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0