07:54 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Ekspert: “TAP Azərbaycanın siyasi dayanıqlılığını artıracaq”

RADİO
Qısa URL
64 0 0

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, qarşıdakı illərdə bir çox ölkələrin bu layihəyə qoşulması planlaşdırılır

Fuad İbrahimov: “Dünyada gedən proseslərə uyğun olaraq Azərbaycan önəmli addımlar atır”

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi 4,5 ildən sonra başa çatıb. TAP AG konsorsiumu məlumat yayıb.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, TAP-ın adı elə bu layihənin mahiyyəti haqqında məlumat verir: “Hazırda dünyada gedən proseslərə uyğun olaraq Azərbaycan çox önəmli addımlar atır. Azərbaycan qazının Avropaya çatdırılması üçün yaradılan infrastruktur gələcəkdə də öz əhəmiyyətini qoruyacaq. Qarşıdakı illərdə bir çox ölkələrin bu layihəyə qoşulması planlaşdırılır. Bu baxımdan layihə həm iqtisadi, həm də siyasi cəhətdən əhəmiyyət kəsb edir. Bu layihə Azərbaycanın iqtisadi, siyasi dayanıqlılığını artırmaqla yanaşı, onun investisiya cazibədarlığına da təsir göstərək”.

Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular